Vitse-admiral İzzət Artunç MKEK-in yeni rəhbəri oldu

Türkiyə Milli Müdafiə Nazirliyinə bağlı olan Makina və Kimya Sənayesi Təşkilatına (MKEK) yeni baş direktor və İdarə Heyətinin sədri təyin olunub. Bu barədə “AzeriDefence” Türkiyənin “Resmi Qazete”sinə istinadən məlumat verib.

Əməkli general-leytenant Ünal Önsipahioğlundan sonra MKEK-ə vitse-admiral, sabiq Sahil Mühafizə komandanı İzzət Artunç baş direktor və İdarə Heyətinin sədri təyin olunub. Bu MKEK-in tarixində quruma rəhbərlik edən ilk dənizçidir.

Qeyd edək ki, 1953-cü il təvəllüdlü İ. Artunç 1967-ci ildə Dəniz Liseyinə daxil olub, 1973-cü ildən Türkiyə Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb. 1973-1988 illərdə Dəniz Qüvvələrinin müxtəlif dənizaltılarında xidmət edib. 1998-1999-cu illərdə Türkiyənin dənizaltı flotiliyası qərargah rəisi, 2005-2006-cı illərdə dənizaltı flotiliyasının komandiri vəzifələrində çalışıb. İ. Artunç 2009-2011-ci illərdə Sahil Mühafizə təşkilatının komandanı olaraq xidmətini davam etdirib.

KATEQORIYA:
Bu xəbəri paylaş