VİTTA pilotsuz uçuş aparatları təqdim edib

VİTTA pilotsuz uçuş aparatları təqdim edib

Azərbaycanda innovativ texnologiyalar sahəsində intellektual həllər təklif edən “VİTTA Elmi Texniki Şirkəti” MMC tərəfindən multirotor tipli PUA-nın yaradılması üzərində çalışır.

“AzeriDefence”nin məlumatına görə, 8 rotorlu, çoxfunksiyalı “Stellar M4” PUA üçoxlu kamera gimbal sistemi ilə təchiz olunub. Yüksək keyfiyyətli optik  və termal görmə modulları sayəsində bu uçuş aparatı axtarış, müşahidə və kəşfiyyat əməliyyatları üçün məqsədəuyğundur. Quraşdırılmış sensorlar və “Synapse” intellektual sistem sayəsində, operator online rejimdə keşikçəkmə məntəqələrindən dəqiq və yüksək keyfiyyətli məlumatı əldə edir və koordinatlarını müəyyənləşdirir. “Stellar M4” birbaşa operator tərəfindən, yarıavtomatik və ya avtomatik rejimlərdə idarə oluna və cari misiyaları dəyişdirilə bilər. Daha sadə məsələlərin həlli üçün PUA 8 rotordan yalniz 4 -nü istifadə edə bilər və bu halda o sadə quadrokopterə dəyişdirilir və akkumlyatorun daha uzunmüddətli işini təmin edir.

“Stellar M4”ün daha da təkmilləşdirilmiş modeli olan “Stellar M8” PUA isə böyük yükqaldırma, manevr imkanına və güclü küləklərə müqavimət göstərmək qabiliyyətinə malikdir. “Stellar M8” PUA-da üçoxlu kamera gimbal sistemi, yüksək keyfiyyətli optik və termalgörmə modullar və “Synapse” intellektual sistemi ilə təchiz olunub. Mütəxəssislərin sözlərinə görə, bu PUA yükdaşıma, ərazinin məsafədən monitorinqi, düşmən obyektlərinin və insanların gündüz və gecə zamanlarında müşahidəsi və izlənməsi üçün nəzərdə tutulub. “Stellar M8” PUA operator tərəfindən yarımavtomatik və avtomatik idarə oluna bilər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş