<span class="hpt_headertitle">Vitta</span>

Vitta

VİTTA Elmi-texniki şirkəti 1991-ci ildə qurulub və ixtisaslaşmış informasiya sistemlərinin, telekommunikasiya, kompüter və tibbi texnikanın layihələndirilməsi və istehsalı üzrə Azərbaycanda ilk peşəkar şirkətdir. Şirkət Sovet ittifaqının Hərbi-Sənaye Kompleksinin strukturlarında elektron hərbi texnikanın layihələndirilməsi sahəsində çalışan aparıcı peşəkar mütəxəssislər tərəfindən yaradılıb. Şirkətin yaradılmasından sonra ilk 8 il ərzində müxtəlif elektron, telekommunikasiya və tibbi cihazların layihələndirilməsi və istehsalı həyata keçirilib.

1996-cı ildən şirkətdə tibb müəssisələrinin və hospitalların layihələndirilməsi və təchiz olunması, hospitalların fəaliyyəti üçün informasiya sistemlərinin yaradılması üzrə istiqaməti bölmə açılıb. 2014-cü ildən bütün sənaye sahələri – aviasiya, neft-qaz, energetika, maşınqayırma, nəqliyyat, yüksəktexnoloji istehsal və s. kimi sahələr üçün ölçmə və nəzarət-yoxlama diaqnostika sistemləri, 2016-cı ildən müxtəlif sənaye sahələri üçün robotlaşdırılmış intellektual sistemlər, o cümlədən pilotsuz uçuş aparatları (PUA), eləcə də, xüsusi təyinatlı PUA istiqaməti yaradılıb.

Ünvan: Bakı şəhəri, Tbilisi prospekti, 129

Telefonlar: (+994 12) 530 81 81
(+994 12) 530 81 96
(+994 12) 497 48 67
(+994 12) 497 13 46
Web: www.vitta.az, E-mail: vitta@vitta.az


VİTTA Azərbaycanın ilk VTOL pilotsuz uçuş aparatını hazırlayıb

“VİTTA Elmi Texniki Şirkəti” MMC Azərbaycanda ilk dəfə olaraq VTOL (Vertical Take-Off & Landing) vertikal qalxma və enmə funksiyalı uçuş aparatı hazırlayıb. Ilk dəfə ADEX-2018 ... Read More

VİTTA pilotsuz uçuş aparatları təqdim edib

Azərbaycanda innovativ texnologiyalar sahəsində intellektual həllər təklif edən “VİTTA Elmi Texniki Şirkəti” MMC tərəfindən multirotor tipli PUA-nın yaradılması üzərində çalışır. “AzeriDefence”nin məlumatına görə, 8 rotorlu, ... Read More