“Vixr-1” raketi silahlanmaya qəbul olunub

Rusiyanın “Kalaşnikov” şirkətinin istehsalı olan “Vixr-1” tank əleyhinə idarəolunan raketinin ilk partiyası silahlı qüvvələrə təhvil verilib.

“Rostex” Dövlət Şirkətinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, raket zirehli texnikanın və az sürətli hava hədəflərinin məhv edilməsi üçün təyinatlandırılıb.

Raketin maksimum uçuş məsafəsi 10 km-dir.

“Kalaşnikov”un baş direktoru Aleksey Krivoruçkonun sözlərinə görə, raketin seriyalı istehsalına başlanıb. Artıq bunun üçün dövlət sifarişi də mövcuddur.

Müqavilənin ümumi məbləği 13 milyard rubuldur (210 milyon ABŞ dolları).

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş