VPK şirkəti 2000 ədəd “Tiqr” zirehli maşını tədarük edib

VPK şirkəti 2000 ədəd “Tiqr” zirehli maşını tədarük edib

Rusiyanın “Hərbi Sənaye Kompleksi” (VPK) şirkətinə daxil olan Arzamas Maşınqayırma Zavodu bu günə qədər 2000-dən artıq “Tiqr” və ya GAZ-233114 indeksli zirehli maşınlarını yerli və xarici müştərilərə tədarük edib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə TASS xəbər agentliyinə “Hərbi Sənaye Kompleksi”nin baş direktoru Aleksandr Krasovitsky deyib.

“Arzamas Maşınqayırma Zavodu 2005-ci ildən “Tiqr” zirehli maşınlarının seriyalı istehsalına başlayıb. Bu günə qədər müxtəlif konfiqurasiyada 2000-dən çox nəqliyyat vasitəsi istehsal edilib, Rusiya və 16 xarici ölkəyə çatdırılıb”, – deyə şirkətin baş direktoru vurğulayıb.

Bildirilib ki, “Tiqr” zirehli maşın ailəsinə hazırda “Tiqr-M” çox məqsədli nəqliyyat vasitəsi, “Tiqr-M SpN” ​​xüsusi təyinatlı nəqliyyat vasitəsi, “Tiqr” zirehli avtomobil şassisi və “Tiqr” xüsusi zirehli maşın daxildir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş