Vyetnam rus “Kalaşnikov”unu İsrailin “Galil”i ilə əvəz edir

Vyetnam Silahlı Qüvvələri “Kalaşnikov” avtomatlarını İsrail IWI şirkətinin istehsalı olan “Galil” avtomatları ilə əvəz etmək niyyətindədir. “AzeriDefence”nin məlumatına görə, bu barədə Vyetnamın QPVN telekanalı xəbər yayıb

Yaxın vaxtlarda Vyetnamda Israel Weapon Industries şirkəti ilə birgə inşa olunan, 7.62 mm çaplı “Galil ACE-31” və “Galil ACE-32” avtomatlarını istehsal edən müəssisə fəaliyyətə başlayacaq.

“Galil” avtomatlarının istehsalı üzrə zavodun tikintisi müqaviləsinin dəyəri 100 milyon dollardan artıq qiymətləndirilir. Müəssisədə nə qədər silah istehsal olunacağı barədə məlumat dəqiqləşdirilmir.
Yeni avtomat Vyetnam Ordusunun silahlanmasındakı AK-47 avtomatlarını əvəz edəcək.

Qeyd edək ki, “Galil ACE” avtomatları “Kalaşnikov” avtomatının əsasında yaradılıb. Silahın tezatma qabiliyyəti dəqiqədə 650 atəş, atış uzaqlığı isə 500 metr təşkil edir. Avtomat 25 və ya 30 patron tutumlu daraqla təchiz edilir. Avtomat Picatinni relsi və teleskopik qundaqla təmin olunub ki, bu da silahın üzərinə müxtəlif aksesuarları əlavə etməyə imkan verir.

KATEQORIYA:
Bu xəbəri paylaş