Vyetnam Rusiyanın təklifindən imtina etdi: ZRK İsraildən alınacaq

Vyetnamın hərbi rəhbərliyi yeni zenit-raket kompleksini (ZRK) İsraildən alacağına dair qərar verib.

“AzeriDefence”in xarici mediaya istinadən verdiyi məlumatına görə, bu barədə açıqlamanı Vyetnam Xalq Ordusunun Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələrinin komandanı, general-leytenantı Le Zuy Vin yerli mətbuata müsahibəsində deyib.

O bildirib ki, ölkəsi HHMQ sistemlərini köklü şəkildə yeniləməyə qərar verib və bu istiqamətdə satınalmalar həyata keçirilir.

Onun sözlərinə görə, artıq ELM-2288, RLS 36Д6, RLS “Kolçuqa” hava hücumundan müdafiə sistemləri, o cümlədən “SPYDER” и S-300PMU1 raket kompleksləri hesabına HHMQ-nın texnika parkı gücləndiriləcək.
Məlumatda o da qeyd edilib ki, Vyetnamın “SPYDER” ZRK alması xəbəri yenidir. Çünki buna qədər Vyetnamın Rusiyadan “Pançir-S1” zenit-raket komplekslərinin alacağına dair açıqlma verilmişdi. Rəsmi Hanoyun Rusiya ilə sövdələşməsinin niyə baş tutmadığı isə məxfi saxlanılır.

Xatırladaq ki, “SPYDER” ZRK İsrailin “Rafael” və “Israel Aircraft Industries” (IAI) şirkətlərinin birgə məhsuludur.

 

KATEQORIYA:
Bu xəbəri paylaş