Wi-Fi modullu snayper kompleksi hazırlanıb

Amerikanin TrackingPoint şirkəti Precision Guided Firearm (PGF) kompüterləşdirilmiş snayper tüfəngi kompleksinin maketini təqdim edib.“AzeriDefence”nin xarici hərbi mediaya istinadən verdiyi məlumata görə, kompleks Linux əməliyyat sistemində işləyir və Wi-Fi moduluyla təchiz edilib.

PGF üçün üç ov tüfəngi baza götürülüb (həmçinin .300 kalibr Winchester Magnum yaxud .338 kalibr Lapua Magnum). Bundan başqa, TrackingPoint PGF üçün xüsusi döyüş sursatlarını yaradıb.

Obyektin dəqiq vurulması üçün atıcı onu optik nişangahla təyin etməli və xüsusi düymə ilə nişanlamalıdır. Sonra kompüter hədəfin yerdəyişməsini izləməyə kömək edəcək. Tətiyin basılması vaxtı atəş dərhal olmayacaq – əvvəl kompüter döyüş hazırlığına keçəcək və nişangahda əl ilə düzəliş aparmağı tələb edəcək. Atəş nişangahdakı xaç hədəflə üst-üstə düşən kimi açılacaq.

TrackingPoint optik nişangahının interfeysi kompüterə və ya hərbi pilotların baş ekranlarına oxşardır. Wi-Fi modulunun hesabına snayper kompleksi Apple planşetlərlə və telefonlarla sinxronlaşdırıla bilər. Beləliklə, hədəfləri iPad və ya iPhone köməyi ilə də aşkarlamaq olar.

PGF komplekslərinin bazara çıxarılacağı dəqiq tarix açıqlanmır. Kompüterləşmiş tüfəngin dəyəri 17 min dollarda qiymətləndirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş