Xəzərdə batmaq təhlükəsi ilə üzləşən qayığın heyəti xilas edilib

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən qayığın heyəti xilas edilib

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gözətçi gəmisi tərəfindən Kürdili adasının cənubunda Lənkərаn rаyоnu Nərimanabad qəsəbəsindən 8,1 mil məsafədə 2 nəfər heyət üzvünün “kömək edin” işarəsini nümayiş etdirən hərəkətsiz balıqçı qayıq müşahidə olunub.

Sərhəd gözətçi gəmisi tərəfindən fırtınalı hava şəraitində keçirilmiş xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalmış “BA-5142” bort nömrəli, “Yamaha-40” mühərrikli balıqçı qayıq yedəyə alınıb və qayığın heyəti xilas edilərək Nərimanabad qəsəbəsi istiqаmətində sahilə çıxarılıb.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Lənkərаn rаyоnu Nərimanabad qəsəbə sakinləri 1977-ci il təvəllüdlü Suleymanov Sədrəddin Yediyar oğlu və 1987-ci il təvəllüdlü Əsgərov Nail Namiq oğlu olmaları müəyyən edilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş