X-61A “Gremlins” PUA-nın ikinci prototipinin sınaqları keçirilib

X-61A “Gremlins” PUA-nın ikinci prototipinin sınaqları keçirilib

ABŞ-ın “Dynetics” şirkəti tərəfindən hazırlanan X-61A “Gremlins” pilotsuz uçuş aparatının (PUA) ikinci prototipinin sınaqları keçirilib.

Azeri Defence saytının “Dynetics” şirkətinə istinadən verdiyi məlumata görə, X-61A “Gremlins” PUA-nın prototipinin sınaqları uğurla tamamlanıb.

Yuta ştatında keçirilən sınaqlar zamanı C-130 hərbi nəqliyyat təyyarəsindən buraxılan X-61A “Gremlins” PUA-nın ikinci prototipinin ümumi uçuş müddəti 2 saat 12 dəqiqə olub. Testin sonunda PUA paraşüt sistemindən istifadə edərək yerə enib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş