Xankəndidə İdarələrarası Humanitar Müdaxilə Mərkəzi yaradılır

Xankəndidə İdarələrarası Humanitar Müdaxilə Mərkəzi yaradılır

Rusiya Müdafiə Nazirliyi Xankəndidə İdarələrarası Humanitar Müdaxilə Mərkəzi yaratmağa başlayıb.

Bu barədə “Azeri Defence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, bu məqsədlə general-mayor Andrey Volkovun rəhbərliyi altında yeni yaradılan mərkəzin əməliyyat qrupu Xankəndidə Rusiyanın sülhməramlı kontingentinin tərkibində yerləşdirilib.

Xankəndidə İdarələrarası Humanitar Müdaxilə Mərkəzinin formalaşması noyabrın 20-dək tamamilə başa çatacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş