Xanlar Vəliyev: “Silahlı Qüvvələrdə qeydə cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb

Cari ildə Azərbaycan Silahlı Qüvvələrində qeydə alınmış cinayətlərin sayı 2014-cü illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Respublika hərbi prokuroru, general-leytenant Xanlar Vəliyevin “Xalq Qəzeti”ndə dərc olunmuş məqaləsində bildirilib.

X. Vəliyev qeyd edib ki, 2015-ci ildə qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər konkret olaraq tabelik qaydası əleyhinə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, qulluğa səhlənkar yanaşma, qəsdən sağlamlığa ağır zərər vurma, eləcə də korrupsiya cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərketmə faktları, ümumiyyətlə, qeydə alınmayıb. Qeydə alınmış cinayətlərin 98,8 faizi, o cümlədən bütün ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub.

2003-cü illə müqayisədə 2015-ci ildə qəsdən adam öldürmə 2,2 dəfə, ehtiyatsızlıqdan olan ölüm hadisələri 6 dəfə, xəstəliklə əlaqədar ölümlər 2 dəfə, intihar hadisələri 55 faiz, digər səbəblərdən ölümlər isə 10 faiz azalıb. 2003-cü illə müqayisədə 2015-ci ildə ölümlərin sayı 2 dəfə azalıb. Cari ildə zəhərlənmə və donvurma nəticəsində ölüm hadisələri, ümumiyyətlə qeydə alınmayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş