Xarici hərbi attaşelər Ermənistanın əməllərini yerində görmək üçün Gəncə və Mingəçevirə dəvət olunub

Xarici hərbi attaşelər Ermənistanın əməllərini yerində görmək üçün Gəncə və Mingəçevirə dəvət olunub

Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər Ermənistanın əməllərini yerində görmək üçün Gəncə şəhərinə dəvət olunub.

Azeri Defence saytının məlumatına görə,  bunu bu gün Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) nümayəndələri üçün keçirilər brifinqdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, eyni zamanda Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşeləri Mingəçevir şəhərinə də dəvət olunur ki, Ermənistanın Su Elektrik Stansiyasını vurmaq cəhdlərini öz gözləri ilə görsünlər.

KATEQORIYA:
Bu xəbəri paylaş