Xarici hərbi attaşelər Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrini ziyarət ediblər

Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün Silahlı Qüvvələrin Hərbi Akademiyasına, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və C.Naxçıvanski adına Hərbi Liseyə tanışlıq ziyarəti təşkil olunub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin məlumat verilib.

Ziyarət zamanı tədris müəssisələri barədə brifinqlər verilib və müəssisələrin maddi-tədris bazaları ilə tanışlıq həyata keçirilib.

14 dövləti təmsil edən hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkili ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

KATEQORIYA:
Bu xəbəri paylaş