Xarici Kəşfiyyat Xidmətinin rəis müavininə general-mayor ali hərbi rütbəsi verilib

Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidməti rəisinin müavininə general-mayor ali hərbi rütbəsinin verilməsi barədə sərəncam imzalayıb.

“AzeriDefence”nin Prezidentin saytına istinadən verdiyi məlumata görə, prezident İlham Əliyevin imzaladığı sərəncamla Xarici Kəşfiyyat Xidməti rəisinin müavini Ceyhun Vaqif oğlu Şadlinskiyə general-mayor ali hərbi rütbəsi verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş