Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Naxçıvana səfər ediblər

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri Naxçıvan şəhərinə səfər ediblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

On iki dövləti təmsil edən hərbi attaşelər burada Heydər Əliyev adına Hərbi Liseydə və hərbi hissəyə gedərək hərbi qulluqçuların döyüş hazırlığından, onlar üçün yaradılmış tədris, xidmət və məişət şəraiti ilə tanış olublar.

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və Əlahiddə Ümumqoşun Ordusunun Komandanlığına minnətdarlıqlarını bildiriblər.

KATEQORIYA:
Bu xəbəri paylaş