Xəzər dənizində Azərbaycan və Rusiya sərhədçilərinin birgə təlimi keçirilir

Xəzər dənizində Azərbaycan və Rusiya sərhədçilərinin birgə təlimi başlayıb.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Sentyabrın 28-də başlamış təlim iki gün davam edəcək.

Təlim Rusiya Federasiyasının Sərhəd Xidmətinin sərhəd gözətçi gəmisinin və Azərbaycan Dövlət Sərhəd Xidmətinin gəmilərinin iştirakı ilə Xəzər dənizinin Azərbaycana mənsub olan hissəsində keçirilir.

Qeyd edək ki, Azərbaycan və Rusiya sərhədçilərinin Xəzər dənizində bundan əvvəlki təlimi 2014-cü ilin iyul ayında Mahaçqala şəhəri yaxınlığındakı dəniz poliqonunda olub.

KATEQORIYA:
Bu xəbəri paylaş