Xəzərdə aşkar olunan kişi meyidi sərhədçilər tərəfindən sahilə çıxarılıb

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd gözətçi gəmiləri, texniki-müşahidə və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini davam etdirirlər.

Xidmətin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən xəbərə görə, fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə meyid müşahidə olunub.

Həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyidi sahilə çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

KATEQORIYA:
Bu xəbəri paylaş