Xidmət rəisi: “Xüsusi Riskli Xilasetmə Xidməti baş verəcək bütün hadisələrin öhdəsindən gəlməyə qadirdir”

Xidmət rəisi: “Xüsusi Riskli Xilasetmə Xidməti baş verəcək bütün hadisələrin öhdəsindən gəlməyə qadirdir”

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) ötən müddətdə lazım olan bütün texniki avadanlıqlarla təchiz olunub.

“AzeriDefence”nin məlumatına görə, bunu XRXX-in rəisi general-mayor Şahmar Paşayev jurnalistlərə açıqlamasında deyib.

General-mayor Şahmar Paşayev bildirib ki, Xidmətin xilasetmə fəaliyyətində əldə etdiyi müvəffəqiyyətlər həmin texnikaların sayasində mümkün olub. Xidmət rəisi XRXX-in fəaliyyəti və gördüyü işlər barədə ətraflı məlumat verib.

“Xidmətin şəxsi heyəti 2300 nəfərə yaxındır. XRXX-in tək Bakı şəhərində yox, həmçinin Azərbaycanın regionlarında – Gəncə, Şəmkir, Mingəçevir, Sumqayıt, Xaçmaz, və Lənkəranda, o cümlədən Bakının hər bir rayonunda ayrı-ayrı Xidmətləri var. Hamısı da öz xidmətlərini layiqincə yerinə yetirirlər”, – deyə general-mayor Şahmar Paşayev vurğulayıb.

Ş. Paşayev bildirib ki, Xüsusi Riskli Xilasetmə Xidməti 24 saat fasiləsiz işləyir: “Qeyd etmək istəyirəm ki, hər gün ən azı 10-15 çağırış olur. Hava şəraitindən asılı olmayaraq xilasedicilərimiz çağırışların hamısını yüksək səviyyədə icra edirlər. Çox sevidirici haldır ki, Xidmətin gördüyü işlər vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir və istər Fövqəladə Hallar Nazirliyinin adına, istərsə də Xidmətimizə xoş sözlər ünvanlanır. Biz də çalışırıq dövlətimizin qarşımızda qoyduğu vəzifənin çətinliyindən aslı olmayaraq öhdəsindən həmişə gələk və xalqımıza, dövlətimizə xidmət edək. XRXX baş verəcək bütün hadisələrin öhdəsindən gəlməyə qadirdir”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş