XİN rəsmisi: “Birgə hərbi təlimlər regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir”

XİN rəsmisi: “Birgə hərbi təlimlər regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir”

Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən bildirildiyi kimi, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən və illik plana uyğun olaraq keçirilən təlimlərdir.

Azeri Defence saytının məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Bu təlimlər iki ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət edir, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir”, – deyə Leyla Abdullayeva vurğulayıb.

Qeyd edək ki, Ermənistan XİN-i son şərhində Azərbaycanın Türkiyə ilə birgə keçirdiyi hərbi təlimi bölgədə vəziyyətin gərginləşməsinə yönələn təxribat kimi qiymətləndirib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş