Xızıda 128 partlamamış sursat, Goranboyda top mərmisi zərərsizləşdirilib – FOTO

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlamamış hərbi sursatların zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA-nın digər aidiyyati qurumlarla birgə keçirdiyi əməliyyat tədbirləri çərçivəsində sentyabrın 14-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 4 əkin sahəsinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

Əməliyyat-axtarış tədbirləri zamanı 128 ədəd partlamamış hərbi sursat (PHS), 52 ədəd partlamış-yanmış mərmi qalıqları və 712 kq yandırma aşkar edilərək götürüb, nəticə etibarilə 3 455 785 kv.m (345.58 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 19 gün ərzində Xızıda 5 365 ədəd partlamamış hərbi sursat (PHS), 3 189 ədəd partlamış-yanmış sursat qalıqları və 5 408 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 35 757 738 kv.m (3 575.77 ha) ərazi yoxlanılıb. Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Bundan başqa, sentyabrın 14-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Goranboy rayonu, Tapqaraqoyunlu kəndi ərazisində partlamamış hərbi sursatın aşkar olunması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə su arxının kənarına baxış keçirilib, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (O-415) aşkar olunub və götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş mərminin ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

KATEQORIYA:
Bu xəbəri paylaş