Xızıda 167 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, dekabrın 15-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 167 ədəd partlamamış hərbi sursat (PHS), 183 ədəd partlamış-yanmış mərmi qalıqları və 776 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 82 000 kv.m (8.20 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 95 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma darəsinin ərazisinə baxış keçirilib.

Əməliyyat axtarış zamanı 21 970 ədəd partlamamış hərbi sursat (PHS), 12 791 ədəd partlamış-yanmış sursat qalıqları və 78 477 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 73 542 478 kv.m (7 354 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş