Xızıda bir gündə 406 ədəd partlamamış hərbi sursat götürülüb – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə keçirdiyi təmizləmə əməliyyatları davam etdirilir.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, sentyabrın 1-də hərbi hissənin ətrafında, Giləzi qəsəbəsində, Sitalçay və Şurabad kəndləri ərazisində  6 evin həyətyanı sahəsinə, 2 otlaq sahəsinə, əkin sahəsinə, balıqçılıq təsərrüfatına, avtomobil yolunun kənarına, qəbirstanlığın yaxınlığına, ferma ərazisinə, taxıl anbarının yaxınlığına və eko-turizmin həyətinə baxış keçirilib.

Əməliyyat-axtarış tədbirləri zamanı 406 ədəd partlamamış hərbi sursat (PHS), 36 ədəd partlamış-yanmış raketin qalıqları, 152 kq yandırma aşkar olunaraq götürülüb, nəticə etibarilə 2 367 939 kv.m (236.79 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 6 gün ərzində 11 ev, 34 evin həyətyanı sahəsinə, 4 ferma ərazisinə, 3 əkin sahəsinə, 6 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, balıqçılıq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, taxıl anbarının yaxınlığına yol kənarına baxış keçirilib. Nəticə etibarilə 7 776 854 kv. m (777.68 ha) əraziyə yoxlanılıb, 701 ədəd partlamamış hərbi sursat, 372 ədəd partlamış-yanmış sursat qalıqları və 609 kq yandırma aşkar olunaraq götürülüb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 3 441 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş