Xızıda ötən gün 1261 ədəd partlamamış sursat aşkarlanıb

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, sentyabrın 4-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndləri ərazisində 1 evin həyətyanı sahəsinə, 1 evin hamamına, 2 əkin sahəsinə, 1 otlaq sahəsinə, Bakı-Rostov dəmiryolu xəttinin kənarına, ferma ərazisinə, zeytunçuluq təsərrüfatına və partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 1 261 ədəd partlamamış hərbi sursat, 327 ədəd partlamış-yanmış mərmi qalıqları və 485 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 628 000 kv.m (62.8 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 9 gün ərzində 12 ev, 40 evin həyətyanı sahəsinə, 7 ferma ərazisinə, 8 əkin sahəsinə, 8 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dunkerlərinə baxış keçirilib. Əməliyyatlar zamanı 2 747 ədəd partlamamış hərbi sursat, 2 130 ədəd partlamış-yanmış sursat qalıqları və 2 107 kq yandırma aşkar edilərək götürülüb və nəticə etibarilə 10 485 672 kv.m (1 048.57 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 3 441 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş