Xocavənddə erməni kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib

Ermənistan Ordusu cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 50 dəfə atəşkəs rejimini pozublar. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Erməni kəşfiyyat-diversiya qrupu cəbhənin cənub-qərb istiqamətində (Xocavənd rayonunun şərqindən) qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində həyata keçirilən cavab tədbirləri ilə düşmənin cəhdinin qarşısı ilkin mərhələdə qətiyyətlə alınıb və onlar itki verərək geri çəkilmək məcburiyyətində qalıblar.

Eyni zamanda erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun Çinari, Mosesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutublar.

Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Baş Qərvənd, Şıxlar, Tərtər rayonunun Çaylı, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri intensiv olaraq atəşə tutulub.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

KATEQORIYA:
Bu xəbəri paylaş