Xorvatiya gəmiləri ASELSAN “Mühafiz”i ilə silahlanır

ASELSAN Xorvatiya Müdafiə Nazirliyinin Sahil Təhlükəsizlik Kateri tenderini qazanan yerli Brodosplit zavodu ilə həmin qayıqlarda istifadə ediləcək Uzaqdan Komandalı Silah Sistemləri üçün müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

Sözügedən müqavilə ilə ASELSAN-ın Xorvatiyaya ilk ixracı, Uzaqdan Komandalı Silah Sistemlərinin də Avropa Birliyi və NATO-ya üzv ölkəsinə ilk ixracı həyata keçirilib.

Bu müqavilə ilə Xorvatiya ASELSAN Uzaqdan Komandalı Silah Sistemlərini istifadə edən doqquzuncu ölkə olub.

Müqavilənin məbləği 4.2 milyon Avro təşkil edir.

30 mm çaplı Stabilləşdirilmiş Top (“Mühafiz”) Sistemi döyüş gəmilərində, gözətçi katerlərində, sahil təhlükəsizlik katerlərində və amfibiya-desant gəmilərində istifadə edilmək üzrə yaradılmış Uzaqdan Komandalı Silah Sistemləri ailəsinin ən yeni nümunəsidir. “Mühafiz” Sistemi iki istiqamətli sursat saxlama qabiliyyətinə malikdir və eyni anda iki müxtəlif növ sursat istifadə edilir.

“Mühafiz” Sistemində optik görüş və silah nişangahı sistemin montaj edildiyi platformanın hərəkətlərinə bağlı olmadan hədəf üzərində qala bilməsi üçün ayrı-ayrı stabilləşdirilib. Gecə və pis görmə şərtlərində adi gözlə görünməyən hədəflərin müəyyən edilməsi, avtomatik tanınması, təqibi və bu hədəflərə atəş etməyə imkan verir. Sistem, avtomatik hədəf təqibi və balistik hesablama qabiliyyətinə malik olub üzərinə yerləşdirilmiş olduğu platforma və ya hədəf hərəkət halında olduqda belə yüksək dəqiqliklə atəş açmağa imkan verir.

KATEQORIYA:
Bu xəbəri paylaş