Xorvatiyanın Baş Qərargah rəisi Azərbaycana gəlir

Mayın 6-da Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daraqo Lovriç Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.

General D.Lovriçin rəhbərlik etdiyi nümayəndə heyətinin NATO Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təliminin Müşahidəçilər görüşündə iştirakı, o cümlədən Silahlı Qüvvələrin Hərbi Akademiyası, Təlim və Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Səfər mayın 8-dək davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş