Xorvatiyanın müdafiə naziri: “Azərbaycanla hərbi əməkdaşlığın gələcəkdə də davam etdirməsini istəyirik” -ÖZƏL

Bu gün Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri başlayır.“AzeriDefence”nin məlumatına görə, fevralın 8-dək davam edəcək səfər çərçivəsində A. Kotromanoviçin Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə, habelə bir sıra dövlət qurumlarında görüşləri planlaşdırılır.

Səfər öncəsi AZERİ DEFENCE jurnalının suallarını cavablandıran nazir A. Kotromanoviç bildirib ki, Bakıya səfər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır.

Nazir Xorvatiya və Azərbaycan arasında dostluq əlaqələrinin, o cümlədən hərbi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu, rəsmi Zaqrebin iki tərəfin maraqlarına uyğun olaraq hərbi əməkdaşlığın gələcəkdə də davam etdirməsini istədiyini açıqlayıb.


QEYD: Nazir A. Kotromanoviçin Azərbaycan səfəri ilə bağlı fikirləri AZERİ DEFENCE jurnalının fevral ayının sonlarında dərc olunacaq növbəti – üçüncü sayında yer alacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş