Xüsusi təyinatlılar üçün yeni nəqliyyat vasitəsi – MRZR “Alpha” – FOTO

Xüsusi təyinatlılar üçün yeni nəqliyyat vasitəsi – MRZR “Alpha” – FOTO

ABŞ-ın “Polaris Government and Defense” şirkəti ordu və xüsusi təyinatlı qüvvələr üçün nəzərdə tutulan MRZR “Alpha” ultra yüngül taktik nəqliyyat vasitəsini təqdim edib.

Bu barədə Azeri Defence saytına “Polaris” şirkətindən məlumat verilib.

ABŞ Xüsusi Əməliyyat Komandanlığı (US SOCOM) cari ilin may ayının 29-da imzalanmış 109 milyon dollar dəyərində müqavilə ilə MRZR “Alpha”nın ilk sifarişçisi olub.

“US SOCOM-un tələblərinə və rəylərinə əsasən, V-22-lərin salonunda nəql oluna bilən yüksək performanslı MRZR yaratdıq. MRZR “Alpha” geniş missiyalar üçün kifayət qədər güclü və çevikdir. Daha çox davamlılığa sahibdir. Eyni zamanda taktiki hava nəqliyyatı üçün kompakt və yüngüldür”, – deyə şirkətin direktoru Nik Fransis bildirib.

Qeyd edək ki, ilk nümunəsi 2012-ci ildə təqdim olunan MRZR hazırda ABŞ ordusu daxil olmaqla, dünya miqyasında 40-dan çox ordunun istifadəsində yer alır.

MRZR “Alpha” MRZR-in digər növləri kimi iki və dörd oturacaqlı bir seçimə sahibdir.

Yeni şassi, 8 pilləli avtomat ötürmələr qutusu, səssiz, 118 at gücündə turbo-dizel mühərriklə işləyən MRZR “Alpha”nın yükgötürmə qabiliyyəti iki oturacaqlı variantda 1400, dörd oturacaqlı variantda 2000 funt, gediş ehtiyatı 225 kilometrə qədərdir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş