Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinin açılışı olub

Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinin açılışı olub

Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinin açılışı olub.

Bu barədə “Azeri Defence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Hikmət Mirzəyev ərazidəki qərargah, tədris binası və tibb məntəqəsi ilə tanış olub. Bütün binalar müasir mebel və avadanlıqla tam təmin olunub.

Məlumat verilib ki, xüsusi təyinatlıların peşəkar hazırlığı və döyüş vərdişlərinin artırılması üçün bütün lazımi şərait yaradılıb. Hərbi hissənin maddi-texniki bazasının daha da təkmilləşdirilməsi nəzərdə tutulur.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş