Xüsusi təyinatlılar üçün qumbaraatan – FOTOLAR

Rusiya müdafiə sənayesi mütəxəssislərinin yaratdığı yeni əl qumbaraatanının təqdimatı keçirilib.

“AzeriDefence”nin “Rossiyskaya qazeta”ya istinadən verdiyi məlumatına görə, QM-94 adlandırılan əl qumbaraatanı xüsusi təyinatlı bölmələrin istifadəsi üçün nəzərdə tutulub.

QM-94 Tula Cihazqayırma Konstruktor Bürosu tərəfindən yaradılıb.

Xüsusi təyinatlı birləşmələrin lokal əməliyyatlar zamanı rahat istifadə edəcəyi yeni silahın ilk müştərisi Rusiya Milli Qvardiyası olacaq.

Yaxın məsafədən aparılan döyüşlər üçün unikal imkana malik silah yüngül zirehli maneələri də sıradan çıxara bilir.

Silahın çəkisi 4,5 kq-dır. Mərmisi 8 mm-lik zirehi, daş və taxta maneəni dağıda bilir.

QM-94-ün digər texniki xarakteriskası haqqında isə əlavə məlumat verilməyib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş