“Xəzər Dənizi-2015” biatlonuna hazırlıq başa çatıb

Rusiyada keçiriləcək “Xəzər Dənizi-2015” biatlonuna qatılan Rusiya Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti müsabiqə proqramının elementləri üzrə dənizdə praktik hazırlığı yekunlaşdırıblar.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Dəniz çıxışlarında döyüş tapşırıqlarının icra ediləcəyi rayonların naviqasiya xüsusiyyətləri öyrənilib, dəniz, hava hədəfləri və üzən minalara artilleriya atışları həyata keçirilib. Həmçinin gəmilər və sahil məntəqəsi arasında əlaqənin təşkili, qəza vəziyyətində insanların həyatının xilas edilməsi üzrə məşqlər keçirilib.

Dörd gün ərzində gəmilər təxminən 1000 dəniz mili keçib. Dənizçilər AK-306, AK-230 və AK”Duet” artilleriya komplekslərindən və pulemyotlardan 4 mindən artq mərmi atmaqla təxminən 30 döyüş tapşırığı yerinə yetiriblər.

KATEQORIYA:
Bu xəbəri paylaş