“Xəzər Dənizi-2015” biatlonunda Azərbaycanın 3 hərbi gəmisi iştirak edəcək

Avqust ayının 1-dən 15-dək Rusiya Federasiyasının Mahaçqala şəhərinin limanı yaxınlığında keçirilməsi planlaşdırılan “Xəzər Dənizi – 2015” beynəlxalq müsabiqəsində Azərbaycanın 3 hərbi gəmisi iştirak edəcək.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyindən məlumat verilib.

Dəniz biatlonuna Azərbaycan Hərbi Dəniz Qüvvələrinin 2 gözətçi və 1 xilasedici yedək gəmisi qatılacaq.

Qeyd edək ki, bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov dəniz biatlonuna qatılacaq gəmilərin və heyətin səfərə hazırlığını yoxlayıb, onlara yarışlarda Azərbaycan xalqını, dövlətini, Silahlı Qüvvələri yüksək səviyyədə təmsil edərək uğurlu nəticələr və qələbələr əldə etmələrini arzulayıb.

Biatlonda Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan Hərbi Dəniz Qüvvələrinin gəmilərinin iştirakı planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş