“Xəzər Dənizi-2015” kubokunun açılışı olub

Bu gün Rusiyanın Kaspiysk limanında “Xəzər Dənizi-2015” kuboku və “Xəzər Derbisi-2015” beynəlxalq müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib.

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, beynəlxalq müsabiqənin açılışını Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı, Admiral Viktor Çirkov edib.

Admiral turnirdə Rusiya, Azərbaycan, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi və şəxsi heyətinin, Çindən isə dəniz piyadaçılarının qatıldığını bildirib.

“Dəniz müsabiqələrinin hər mərhələsi qurudan fərqli olaraq, iştirakçılardan ən yüksək peşəkarlıq və ildırım sürətli qərarların qəbul olunmasını tələb edir. Hə bir komandanın – istər Rusiya olsun, istıər Çin, Qazaxstan və ya Azərbaycan dənizçiləri və dəniz piyadaçılarının qələbə şansı var. Döyüş ruhu çox yüksəkdir. Hər bir komanda öz döyüş və dəniz təliminin səviyyəsini qəsdən müsabiqənin başlanğıcının anına qədər sirr saxlayırdı”, – deyə admiral V. Çirkov bildirib.

Açılış mərasimindən sonra turnir iştirakçıları tapşırıqları yerinə yetirmək üçün dənizə çıxıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş