Xəzəryanı ölkələrin HDQ Komandanları Komitəsi yaradılır


Rusiya HDQ komandanı açıqladı
Xəzəryanı dövlətlərin Hərbi-Dəniz Qüvvələri Komandanları Komitəsinin yaradılması üzrə işlər aparılır.

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı Viktor Çirkov “Xəzər Dənizi-2015” turnirinin açılış mərasimində bildirib.

Admiralın sözlərinə görə, bununla bağlı iyulun əvvəlində Sankt-Peterburq şəhərində keçirilmiş İMDS-2015 beynəlxalq dəniz sərgisi çərçivəsində birinci işçi görüşü keçirilib.

“Cari ilin sonuna qədər Xəzəryanı ölkələrin HDQ komandanları ilə növbəti görüş planlaşdırılır”, – deyə V. Çirkov bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş