“Yalquzaq” testləri bitirdi

– EKSKLÜZİVAzərbaycan mühəndisləri tərəfindən hazırlanmış “Yalquzaq” snayper tüfəngi bütün testlərini başa vurub.

Bu barədə “AzeriDefence.com” saytına İDEX-2015 sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri məlumat verib.

Snayper tüfəngi bütün testləri uğurla tamamlayıb. Hazırda silahın ilk partiyası sifarişçiyə çatdırılmaq üçün hazırdır.

Atış testlərində “Yalquzaq” yüksək performans nümayiş etdirib.

Qeyd edək ki, 7.62×51 mm (.308 Win) çaplı “Yalquzaq” snayper tüfəngi müxtəlif istismar şərtlərinlə havanın 93-97% nisbi rütubətliliyində, 50 dərəcə soyuq və istidə, yağış, toz və qarlı şəraitdə istismar oluna bilər. Qeyri-avtomatik – “bolt action” prinsipdə işləyən “Yalquzaq”da nişanalma əməliyyatını rahatlaşdırmaq üçün yığılan qundağın konstruksiyasında qalxma hündürlüyü nizamlanan yanaq və arxalıq nəzərdə tutulub. Nişangah məsafəsi 1000 metr təşkil edən “Yalquzağ”ın çəkisi boş halda 7.2 kq təşkil edir.Snayper tüfəngi 10 patron tutumlu daraqla komplektləşdirilir və döyüş atəş tezliyi dəqiqədə 5-10 atışdır.

KATEQORIYA:
Bu xəbəri paylaş