Yaponiya ABŞ-dan böyük miqdarda hərbi texnika almaq istəyir

Yaponiya ABŞ-a böyük miqdarda hərbi texnika sifariş edib.

“AzeriDefence” TASS agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib ki, Yaponiyanın baş naziri Sindzo Abe böyük miqdarda hərbi texnika almaq üçün ABŞ-a müraciət edib.

“Biz dünyada ən böyük hərbi texnika istehsal edən ölkəyik. Yaponiyanın baş naziri Sindzo Abe böyük həcmdə texnika sifariş edib. Onlar buna məcbur oldular. Çünki qonşu ölkədə baş verənləri nəzərə alsaq, bu addım atılmalı idi”, – deyə D.Tramp ABŞ-ın Tokiodakı səfirliyində çıxışı zamanı bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş