Yaponiya döyüş təyyarələri ABŞ-ın AIM-120C-7 raketləri ilə silahlandırılacaq

Yaponiya Müdafiə Nazirliyi ABŞ-dan “Raytheon” şirkətinin istehsalı olan “hava-hava” tipli AIM-120C-7 AMRAAM raketləri alır.

“AzeriDefence”nin “Janes”ə istinadən verdiyi xəbərə görə, bunula bağlı Yaponiya və ABŞ arasında imzalanan müqavilənin dəyəri 113 milyon ABŞ dolları təşkil edir.

Müqaviləyə əsasən “Raytheon” şirkəti Yaponiya Silahlı Qüvvələrini 56 ədəd AIM-120C-7 AMRAAM raketləri ilə təmin edəcək.

Yeni AIM-120C-7 raketləri Yaponiya Hava Hücumundan Müdafiə Qüvvələrinin (JASDF) inventarında yer alan əvvəlki AIM-120C-5 versiyasına əlavə olunacaq.

Raketin hədəfi məhv etmə məsafəsi 150 km-dir və sona qədər idarə olunması üçün radiolakasiya sistemi ilə təchiz olunub. Sursatın çəkisi isə 150 kq-dır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş