Yaponiya Filippinə 5 ədəd TC-90 təyyarəsi verəcək

Yaponiya ilk dəfə olaraq hərbi texnikanı başqa dövlətə verir

Yaponiya Filippinə 5 ədəd “Beechcraft” TC-90 hərbi-təlim təyyarəsi verəcək.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi 2018-ci ilin mart ayının sonuna qədər Filippinə 5 ədəd hərbi-təlim təyyarəsi verəcəyini açıqlayıb.

2016-ci ilin sentyabr ayında Yaponiya və Filippin arasında  iki ədəd TC-90 hərbi təlim təyyarələrinin Filippin Silahlı Qüvvələrinə bir illik müddətə icaərəyə verilməsi ilə bağlı müqavilə imzalanıb. Yaponiya Filippinə icarəyə verilmiş 2 ədəd “Beechcraft” TC-90 təlim təyyarəsindən əlavə, daha 3 ədəd həmin təyyarədən bu ölkəyə pulsuz verəcək.

“Kyodo” agentliyinin bildirdiyinə görə, “Beechcraft” TC-90 təyyarələri hava müşahidəsi üçün radiolokasiya sistemi ilə təchiz olunublar. TC-90 təyyarələri Filippinin əvvəlcə əldə etmək istəyi “Р-3С Orion” gəmilər əleyhinə patrul təyyarəsinin əvəzinə verilir.

Yaponiya hərbi texnikanı əvəzi ödənilmədən vermək hüququna malik olmadığına görə, təyyarələrin cüzi məbləğdə icarə haqqı ödənilməklə qarşı tərəfə veriləcək. Beləliklə Yaponiya ilk dəfə olaraq hərbi texnikanı başqa dövlətə verir.

Məlumatda o da qeyd olunub ki, bu addım Yaponiya hökumətinin Çinə təzyiqi artırmaq məqsədilə atılır. Həmin təyyarələr ərazi mübahisələrinin son vaxtlar xeyli kəskinləşdiyi Cənubi Çin dənizində patrul xidmətinin həyata keçirilməsi üçün nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş