Yaponiya hava hücumundan müdafiəni “Patriot” ZRK-lərlə gücləndirib

Yaponiya hava hücumundan müdafiəni “Patriot” ZRK-lərlə gücləndirib

Yaponiya ABŞ-dan aldığı “Patriot PAC-3 MSE” hava hücumundan müdafiə sistemlərini 4 hərbi bazaya yerləşdirib.

“AzeriDefence”nin “Yahoo Japan News”a istinadən verdiyi məlumata görə, bunu Yaponiya Hava Hücumundan Müdafiə Qoşunlarının qərargah rəisi general Yoşinari Marumo deyib.

General bildirib ki, Yaponiya ərazilərinə yerləşdirilən “Patriot PAC-3” zenit raket komplekslərinin (ZRK) maksimum atış məsafəsi 70 km, təkmilləşdirilmiş “Patriot PAC-3 MSE” versiyasının maksimum atış məsafəsi isə 100 km təşkil edir.

Yaponiya 2020-ci ilin yarım illik hesabatında göstərib ki, Silahlı Qüvvələrin silahlanmasında ümumilikdə 120 ədəd PAC-2 GEM və PAC-3 raketi var.

Qeyd edək ki, “Patriot PAC-3” zenit raket kompleksləri ABŞ, Almaniya, Küveyt, Yaponiya, Qətər, Cənubi Koreya Respublikası, Səudiyyə Ərəbistanı, Tayvan, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri, Rumıniya, Polşa, İsveç və Bəhreyn Silahlı Qüvvələrinin invertarında yer alır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş