Yaponiya HDQ ABŞ-dan lazerli minaxataran sistem alıb
Yaponiya Hərbi Dəniz Qüvvələri (HDQ) “MCH-101” markalı helekopterə quraşdırılmaq üçün lazer şüası vasitəsilə minaları müəyyənləşdirən (ALMDS) 4 ədəd qurğu alıb. “AzeriDefence”nin məlumatına görə, “Northrop Grumman” şirkətinin istehsalı olan bu avadanlıq uçuş zamanı helekopterlərə sahil boyu quraşdırılan minaları müəyyənləşdirməyə imkan verir.
Yaponiya HDQ bundan əlavə, “MCH-101 Kawasaki” helekpoteri üçün 12 ədəd “AQS-24A” minaaxtaran da sifariş edib.
Qeyd edək ki, helekoplterlər üçün nəzərdə tutulan ALMDS qurğuları səhər saatlarında olduğu kimi qaranlıqda da minaları müəyyənləşdirməyə qadirdir. ABŞ HDQ isə 2010-cu ilin əvvəllərindən “MH-60 Black Hawk” helekopterlərinə bu qurğuları quraşdırılıb.
KATEQORIYA: Demining