Yaponiya “Patriot PAC-3” raket sistemini döyüş hazırlığı vəziyyətinə gətirib

Yaponiya Hava Hücumdan Müdafiə Qüvvələri iyunun 21-də “Patriot PAC-3” raket əleyhinə müdafiə sistemi ilə döyüş hazırlığı təlimi keçiriblər.

“AzeriDefence”nin yerli mediada yazılan informasiyalara istinadən verdiyi məlumata görə, Yaponiya, qarşıdakı aylarda da oxşar təlimlər keçirməyi planlaşdırır.

Təlimlərin bir hissəsi Yaponiyada yerləşdirilən ABŞ bazalarında həyata keçiriləcək.

Qeyd edək ki, “Patriot PAC-3” raket əleyhinə kompleksi təyyarələrdən, uzaqmənzilli və qanadlı raketlərdən, pilotsuz uçuş aparatlarından, hava hücumuna daxil olan digər silahlardan qorunmaq üçün müdafiə sisteminə daxil olan mükəmməl döyüş qurğusu hesab olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş