Yaponiya yeni zirehli döyüş maşınını təqdim edib
Yaponiyanın “Komatsu Limited” şirkətinin istehsalı olan 8×8 təkər formuluna malik zirehli transportyorun təqdimatı keçirilib.
“AzeriDefence” bu barədə xarici mediaya istinadən məlumat verib.
Yeni zirehli maşının Yaponiya Quru Özünü Müdafiə Qüvvələrinin (JGSDF) hazırda arsenalında olan Tip-96 transportyorunun yerini alması planlaşdırılır.
Zirehli maşın 12,7 mm çaplı M-2HN pulemiyot və 40 mm çaplı qumbaraatanla təchiz olunub. 20 ton ağırlığında, 8,4 metr uzunluğunda olan maşın 11 desant daşıyır.
Məlumatda o da qeyd olunub ki, Yaponiya yeni zirehli maşının hazırlanması üçün 41 milyon dollar xərcləyib. Maşında istifadə olunan zirehin təmin etdiyi qoruma səviyyəsi haqqında məlumat verilmir. Transportyorun sınaqları 2019-cu ilə qədər davam edəcək.
“Komatsu Limited” şirkətinin yayımladığı video görüntülərində maşının 8×8 təkər formuluna sahib maşın üçün düz sayılacaq yerlərdə hərəkəti yer alıb.