Yaponiyadan yenilik: Zirehli hərbi maşın istehsal edildi – FOTO

Hərbi texnologiyaların istehsalında məhdudiyyətləri olan Yaponiya yeni zirehli transportyor istehsal edib.

“AzeriDefence”nin məlumatına görə, maşın Yaponiya Silahlı Qüvvələrinin sifarişi ilə yaradılıb. 8х8 şassi formulasında olan maşının həm də amfibiya xüsusiyyətləri də var.

Mütəxəssislər bildirib ki, yapon maşını MCV (Maneuver Combat Vehicle) tipi üzərində yaradılıb.

Məlumatda o da qeyd olunub ki, maşının istehsalı ilə bağlı qərar 2008-ci ildə verilib və zirehli transportyor TRDİ proqramı çərçivəsində istehsal edilib.

 

yapon_ztr2

 

yapon_ztr3

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş