Yaponiyanın Azərbaycandakı səfiri ANAMA-da olub

Yaponiyanın Azərbaycandakı səfiri Tsuguo Takahashi və səfirliyin birinci katibi Ko Obata Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) baş qərargahında olub.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı ANAMA-nın direktoru Qəzənfər Əhmədov qonaqlara Agentliyin fəaliyyət göstərdiyi bütün aspektlər, milli mina təmizləmə strategiyasının əsas meyarları, donor ölkələrlə əməkdaşlığı, eləcə də uzun və qısa müddətli strategiyası haqda geniş məlumat verib. Eyni zamanda Q. Əhmədov Yaponiya Hökumətinin ANAMA ilə NATO/NSPA-nın birgə həyata keçirdiyi Ceyrançöl Təmizləmə Layihəsinin ikinci mərhələsinin icrasında verdiyi dəstəyə görə səfirə öz minnətdarlığını bildirib.

Tsuguo Takahashi səfirlik tərəfindən ANAMA təmizləmə əməliyyatlarına mümkün töhvə verilməsi barədə fikirlər bildirib.

ANAMA-nın əməliyyatlar üzrə meneceri Samir Poladov tərəfindən qonaqlara Agentliyin fəaliyyətini əks etdirən geniş prezentasiya təqdim edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş