Yaqub Eyyubov və Zakir Həsənov cəbhə xəttində – FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına əsasən baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada mövcud olan vəziyyətlə yerində tanış olmaq məqsədilə ön xətdə yerləşən bölmələrdə olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Düşmənlə qarşıdurma xəttindəki bölmələrdə hərbi quluqçularla görüşən rəhbər heyətə döyüş şəraiti barədə məruzə edilib.

Yaqub Eyyubov və Zakir Həsənov şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, onların qidalanması, əsgər yataqxanaları, sosial-məişət şəraiti və digər hərbi obyektlərlə tanış olublar.

Cəbhənin ön xəttində  səfərdə olan baş nazirin birinci müavini və müdafiə naziri  həmçinin burada yeni

Görülən işlərə baxış keçirildikdən sonra, inşaat işlərinin keyfiyyətli yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Qeyd edək ki, ön xəttdəki bölmələrə səfər edən Yaqub Eyyubovun və müdafiə nazirinin əynində Azərbaycan MSN-in istehsalı olan “Qalxan” zirehli gödəkcəsi diqqəti cəlb edib.

KATEQORIYA:
Bu xəbəri paylaş