Yavər Camalov Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının iclasında iştirak edib

İslamabadda keçirilən Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığına dair hökumətlərarası komissiyanın VI iclası başa çatıb.

Bu barədə məlumat “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən verilib.

İclasda hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri, müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti iştirak edib.

İki gün davam edən iclasda Azərbaycan ilə Pakistan arasında əlaqələrin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb və bu əlaqələrin inkişafında hökumətlərarası komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında müxtəlif sahələr üzrə mövcud olan əməkdaşlıqların inkişaf perspektivlərinə dair geniş müzakirələr aparılıb.

Sonda həmsədrlər tərəfindən Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının VI iclasının yekunlarına dair Protokol imzalanıb.

Səfər çərçivəsində Yavər Camalovun Pakistanın müdafiə sənayesi federal naziri Rana Tanvir Hussain ilə görüşü və hərbi sənaye müəssisələri ilə yaxından tanışlığı da nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş