Yavər Camalov: “Azərbaycan Pakistandan müdafiə məhsulları idxal etmək niyyətindədir”

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun Pakistanın baş naziri Nəvaz Şəriflə görüşündə iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Pakistan Hökumətinin mətbuat xidməti məlumat yayıb.

Baş nazir Pakistanın müdafiə, enerji, ticarət və iqtisadi sahələrdə Azərbaycan ilə əlaqələrini artırmaq üçün maraqlı olduğunu bildirib.

Yavər Camalov isə öz növbəsində Azərbaycanın Pakistandan müdafiə məhsulları və xammal idxal etmək niyyətində olduğunu bildirib.

Görüş zamanı tərəflər ticarət və iqtisadi sahələrdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

 

KATEQORIYA:
Bu xəbəri paylaş