Yavər Camalov: “Azərbaycanla İsrail “Dəmir günbəz”in alınmasına dair razılığa gəlib”

Azərbaycanla İsrail arasında “Dəmir günbəz” Hava Hücumundan Müdafiə Sisteminin alınmasına dair razılaşma əldə olunub.

“AzeriDefence”nin məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Müdafiə Nazirliyi ilə İsrailin aidiyyatı qurumu arasında “Dəmir günbəz”in alınması ilə əlaqədar artıq razılaşma var. Müdafiə Sənayesi Nazirliyi isə həmin sistemin alınmasına müsbət rəy verib.

Xatırladaq ki, “Dəmir günbəz” Hava Hücumundan Müdafiə Sistemi 4-70 km hündürlükdə-məsafədə uçan raketlərin məhv edilməsi üçün “Rafael” şirkətində yaradılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş