Yavər Camalov Belarus Silahlı Qüvvələrinin baş qərargah rəisini qəbul edib

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Belarus Silahlı Qüvvələrinin baş qərargah rəisi-müdafiə nazirinin birinci müavini, general-mayor Oleq Belokonevin başçılıq etdiyi nümayəndə heyətilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən məlumat verilib.

Y. Camalov Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb və Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı nümayəndə heyətinə məlumat verib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nümayəndə heyətinin başçısı Oleq Belokonev səmimi qəbula görə təşəkkür edib.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində olub və istehsal prosesini izləyib.

KATEQORIYA:
Bu xəbəri paylaş